Kürd vali xəbəri azərbaycanlıları ayağa qaldırdı


Qərbi Azərbaycan vilayətinə İlam kürdü olan Firidun Hümmətinin vali təyin ediləcəyi barədə məlumatlar bölgədə etirazla qarşılanıb.

Təbrizin "Traxtur" komandasının oyunlarından birində öz rəftarı və antitürk mövqeyi ilə tanınan Hümmətinin vali təyin ediləcəyinə etiraz olaraq Urmiyə şəhərində bildirişlər yayılıb.

Güney Azərbaycan Milli Hərəkatı fəalları tərəfindən yayılan bildirişlərdə Hümmətinin vali təyin ediləcəyi ilə bağlı xəbərdarlıq edilib və bölgə ilə bağlı rejimin planları barəsində məlumat verilib.

Qərbi Azərbaycanın İran parlamentindəki millət vəkili Nadir Qazipur da Firidun Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsinə razı olmayacağını bildirib. Halbuki etirazlardan əvvəl deputat valinin kim olmasının xüsusi əhəmiyyət daşımadığını söyləmişdi.

Bölgə əhalisinin etirazlarından sonra deputat da fikrini dəyişib.

Elnur
AzNews.az