Ermənistanda amnistiya verildi

Oktyabrın 3-də Ermənistan parlamenti prezident Serj Sərkisyanın amnistiya verilməsi təklifini qəbul edib. Amnistiya Ermənistanın dövlət müstəqilliyinin 22-ci ildönümü münasibətilə verilir.

102 deputat amnistiya layihəsinin lehinə səs verib, 4 deputat səsvermədə iştirak etməyib.

"Media forum" saytının məlumatına görə, ədliyyə naziri Qrayr Tovmasyan amnistiyanın ümumilikdə 1200-1300 məhbusa şamil olunacağını, onlardan 600 nəfərə yaxın məhbusun azadlığa buraxılacağını bildirib.

Amnistiya aktının icrası dekabrın 25-nə qədər davam edəcək.

AzNews.az