- Köhnə - Region
- 11 Oktyabr 2013 08:46
- 1 784
“Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”
“Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına önəm veririk”
"Amma bu normallaşmanın uzunmüddətli olması üçün Ermənistanla Azərbaycan arasındakı Qarabağ probleminin həlli başda olmaqla, Cənubi Qafqazdakı problemlər həll olunmalı və Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır".
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsveçrəyə səfəri zamanı Ermənistanla imzalanan protokolların 4-cü ildönümü ilə bağlı jurnalistlərin sualına cavabında deyib.
Nazir bu məsələdə göstərdiyi səmimi səylərə görə İsveçrəyə təşəkkür edib: "Biz 4 il əvvəl burada protokolların uğurla həyata keçirilməsi üçün ciddi cəhdlər göstərdik. Ümid edirik ki, bu protokollar hələ gündəmdən düşməyib. Ancaq Ermənistan Konstitusiya Məhkəməsinin aldığı qərar, daha sonra bölgədə hərarətin yüksəlməsi səbəbiylə bu protokolları həyata keçirmək mümkün olmadı. İndi bəzi yaradıcı fikirlər və yeni düşüncələrlə irəli getməyə çalışırıq. Qarşıdakı dövrdə bu istiqamətdə səylərimizi gücləndirəcəyik. Türkiyə-Ermənistan əlaqələrinin normallaşması halında, təbii ki, Azərbaycan-Ermənistan münasibətlərinə paralel olaraq, qeyd edilən problemlərin çoxu həllini tapacaq".
AzNews.az