“Qız Qalası”na hücumun qarşısı alındı

Rusiya paytaxtında bir qrup milliyyətçi azərbaycanlıya məxsus restorana hücum etmək istəyib.Hadisə paytaxtın Qərbi Biryulevo rayonunda yerləşən "Qız Qalası" restoranında baş verib. "Prajski" metro stansiyasının yaxınlığında yerləşən bu restoran Fazil adlı azərbaycanlı sahibkara məxsusdur.

Restoranda çalışanların verdiyi məlumata görə, hazırda bir qrup şəxs restoranın ətrafında gəzişir.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev açıqlamasında hadisədən xəbərdar olduğunu söyləyib. Onun sözlərinə görə, hadisə yerinə polis dəstələri çağırılıb: "Mən həmin rayonun polis idarəsi ilə danışdım. Əraziyə polis dəstələri göndərilir".

İ. Hacıyev bir qrup şəxsin "Qız Qalası" restoranına hücum etmək istədiyini, lakin onların qarşısının alındığını söyləyib: "Ümid edirik ki, polis həmin ərazidə gərginliyin artmasına imkan verməyəcək və vəziyyətə nəzarət edəcək".(apa)

AzNews.az