- Köhnə - Region
- 15 Oktyabr 2013 13:03
- 2 950
Türkiyə Kipri satın alır
A.Nikos bunu ölkə üçün narahatlıqverici məqam adlandırıb. Yunanlara müraciətlə "Mallarınızı dəyər-dəyməzinə satmayın. Türkiyə Kipr torpağını da türkləşdirir. Müzakirələrdə bu fakt bizi zəiflədəcək" deyə qeyd edib.
Kipr müzakirələrinə hazırlaşan yunan Kiprinin liderinin sözlərinə görə, ŞKTC-də yaradılan Daşınmaz Əmlak Komissiyasına müraciət edənlərin sayı əsasən 1974-cü ildən əvvəl Kiprdə mülkləri olan yunanların hesabına artıb.
2006-ci ildə yaradılan komissiyaya bu günə qədər 5399 müraciət daxil olub. Türkiyə 437 yunana 138 milyon 593 min ingilis funt-sterlinq təzminat ödəyib. Təzminat ödənən mülklər 9 milyon kvm ərazini əhatə edir.
Yunan lideri Türkiyə və ŞKTC-nin mart ayına qədər problemi həll etməyə dair çağırışına da münasibət bildirib: "Türkiyə addım atsın, BMT və AB-nin qərarlarını yerinə yetirsin. Belə olsa mart ayına qədər yox, yeni ilə qədər həll yolu taparıq".
Elnur
AzNews.az