Moskva meri: “Pokrov” bazasının əsil sahibləri başqa şəxslərdir“

"Özünü Pokrov meyvə-tərəvəz bazasının sahibləri kimi qələbə verənlər əslində bu bazaya rəhbərlik etmirlər". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskva meri Sergey Sobyanin deyib. Onun sözlərinə görə, "Pokrov" meyvə-tərəvəz bazasının əsl sahibləri ya həbsdərir, ya da ki, qaçıblar: "Onlar özlərini bazanın rəsmiləri kimi qələmə verənlərdən fərqli adamlardır. Mənə məlumdur ki, baza rəhbərliyinin arxasında həqiqətdə kimlər durur".

Qeyd edək ki, oktyabrın 13-də Moskvanın Qərbi Biryulevo rayonunda baş verən məlum hadisələrdən sonra minlərlə azərbaycanlının çalışdığı "Pokrov" meyvə-tərəvəz bazası bağlanıb. Çertanov Rayon Məhkəməsinin qərarı ilə baza 90 günlüyə bağlı elan edilib.

AzNews.az