2 aylıq körpəni evdə qoyub istirahətə getdi və… - Dəhşət

Türkiyənin Kocaeli vilayətinin Gölcük bölgəsində qanları donduran hadisə baş verib. İbtidai sinif müəllimi olan qadın 2 aylıq körpəsini evdə tək qoyaraq 9 günlük bayram tətilini keçirmək üçün qohumlarının yanına gedib. Geri qayıtdığı zaman uşağa yemək yedirmək istəyib. Ancaq körpənin tərpənmədiyini görərək onu həkimə aparıb. Məlum olub ki, körpə susuzluq və aclıqdan bir neçə gün əvvəl vəfat edib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müəllim körpəni nigahsız dünyaya gətirib. Xəstəxananın polisə müraciəti nəticəsində 34 yaşlı qadın saxlanılıb. O, ilk ifadəsində körpəni evdə tək qoyaraq getdiyini etiraf edib.

Elnur
AzNews.az