«Femen»çilər Türkiyədən qisas almağa hazırlaşır

""Femen" Türkiyədə olacaq! Ərdoğan, türkiyəli fəallarımızın qarşısını almağa cəhd göstərmə! Biz qisas alacağıq".

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri sosial şəbəkədə "Femen" feminist hərəkatının üzvləri qeyd ediblər.

Qeyd edək ki, "Femen" hərəkatı Ukraynada yaradılıb. Onlar artıq bir dəfə Türkiyədə aksiya keçiriblər. 2012-ci ilin martında hərəkatın Ukraynadan olan bir neçə fəalı qadınlara qarşı zorakılığa qarşı etiraz aksiyası keçirərkən İstanbulda saxlanılmışdılar.

AzNews.az