Moskvada daha bir “miqrant ovu”: azərbaycanlılar saxlanıldı

Rusiya polisi paytaxt Moskvanı miqrantlardan təmizləmək üçün daha bir əməliyyat keçirib. Bu gün polislər "Plastik" Elmi-Tədqiqat Mərkəzinin ərazisində yoxlama aparıb. Ərazidə 100-ə yaxın miqrant saxlanılıb. Onların miqrasiya qanunvericiliyini pozduğu bildirilir. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, saxlanan miqrantların bəzisindən beysbol taxtaları, hətta bir tapança da tapılıb.

Silahın hansısa cinayətdə iştirakını müəyyənləşdirmək üçün araşdırma aparılacaq. Məlumata görə, yoxlamadan əvvəl polis zavodun bütün giriş-çıxışlarını bağlayıb. Bəzi xəbərlərə görə, saxlananların sayı sonradan 130 nəfərə çatıb. Onların əksəriyyəti Orta Asiya respublikalarından olsa da, aralarında azərbaycanlılar da var. Onların əksəriyyəti həmin ərazidə işləməyib, sadəcə yaşayanlardır.

Elnur
AzNews.az