Putin miqrasiya qanunvericiliyinin sərtləşdirilməsinin əleyhinədir

Rusiya prezidenti Vladimir Putin ölkədə miqrasiya qanunvericiliyinin sərtləşdirilməsinin tərəfdarı olmadığını bəyan edib. O, LDPR sədri Vladimir Jirinovskini öz elektoratını dövlətin təməl maraqlarına başa düşmək istiqamətinə yönəltməyə çağırıb.

Musavat.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu o, Jirinovskini qəbul edərkən söyləyib. "Qanunvericiliyi sərtləşdirmək lazım deyil, ölkənin qanunlarına, adət-ənənələrinə, mədəniyyətinə sözsüz əməl edilməsini təmin eləmək lazımdır. Bu, çoxplanlı işdir və təkcə Rusiya üçün xarakterik deyil", - deyə Rusiya prezidenti bildirib

AzNews.az