Kiyevdə aksiyaçılar Nazirlər Kabinetinin girişləri tutub


Dekabrın 4-də səhər saatlarından etibarən Kiyevdə aksiyaçılar Nazirlər Kabinetinin bütün girişlərini tutub. Bundan başqa DİN-in 4 avtobusu aksiya keçirilən əraziyə gətirilib.

NK-nin binasının həyətində də onlarla milis maşını hazır vəziyyətə gətirilib.
NK-nin binası qarşısında aksiya keçirmək təklifi ilə müxalifət liderlərindən biri-Oleq Tyaqnibok çıxış edib.

Aksiyaçılar hökumətin bu günə təyin olunan iclasına mane olmağa çalışırlar. Bununla yanaşı Prezident Administrasiyası və Ali Radanın da binalarının ətrafında aksiyanın keçrilməsi planlaşdırılır.

Elnarə
AzNews.az