- Köhnə - Region
- 5 Dekabr 2013 23:30
- 1 630
Rusiyanın Tu - 95MC bombardmançısı sınaqdan çıxarıldı

AzNews.az RIA Novosti - yə istinadən xəbər verir ki, Ukrainka(Amur vilayəti) aviabazasından havaya qalxan iki ədəd strateji bombardmançı Tu - 95MC (Nato sertifikatına görə "Ayı") təyyarəsi Sakit okean akvatoriyasının neytral suları üzərində hava-patrul tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib. Onları Yaponiya HHQ - nin F - 15J qırıcıları müşaiət edib.
Tu - 95 MC - nin ekipajı çətin metereoloji şəraitdə səmtin müəyyən edilməsi mümkün olmayan vəziyyətlərdə uçuşları təcrübədən çıxarıblar. Təyyarələr 10 min kilometr məsafəni 10 min metr yüksəklikdə 850 km/saat sürətlə qət ediblər. Üçüş 13 saat davam edib. Yapon dənizi akvatoriyasında onları yapon təyyarəçiləri müşayiət edib
Azər
AzNews.az