- Köhnə - Region
- 12 Dekabr 2013 23:28
- 2 788
Ermənilər Arzaması tərk etmək məcburiyyətində qaldılar
AzNews.az "Komsomolskaya pravda" - ya istinadən xəbər verir ki, onlar evlərindən bayıra çıxmağa ehtiyat edirlər. Son günlər şəhərdə vəziyyət stabilləşsə də bu tufandan əvvəlki sükuta bənzəyir. Əlbətdə burda ciddi əsas var. 9 dekabrda yerli əhalinin Sbornaya meydanına cağırışlarına yüzlərlə adam gözlənildiyi halda 1000 nəfərə yaxın adam çıxdığı kimi, yəqin ki,14 dekabr çağırışlarında 12ooo - də çox rusların gəlməsinə şübhə belə yoxdur.
Bütün bunlara rəğmən bütün gün ərzində şəhərdə OMON növbə çəkir. Yerli adamların dediyinə görə qətl hadisəsindən sonra ermənilərin "Oçaq" kafesində onlar heç bir miqrant görməyiblər. Onlar etiraf edirlər ki, 7 dekabrdan sonra mağaza və bazarlarda da miqrantlarla rastlaşmayıblar.
Məlum hadisədən sonra miqrantlar elə bil Arzamasdan yoxa çıxıblar. Kimisi şəhərdən gedib, kimlərsə hazırlaşırlar. Yerli xanım Olqa Serova deyib ki, onun oğlu ilə oxuyan erməni şagird "Oçaq" - da baş verənlərdən sonra məktəbə gəlmir.
Nijeqorod vilayətində yaşayan bir erməni deyib ki, onlara görə biz məsuliyyət daşımaq istəmirik. O deyib ki, Arzamasda yaşayan ermənilərin 80 faizi artıq buradan köçüblər, hansı ki, çoxunun yaxşı biznesi var idi. Bütün bunlar şərxoşluqdan yaranan ağılsızlığın nəticəsində oldu.
Xatırladaq ki, 7 dekabrda erməni sahibkara məxsus "Oçaq" kafesində erməni miqrantlarla yerli ruslar arasında dava düşüb. Ermənilər rusları döyüblər. Bir nəfər - Aleksandr Silakayev aldığı zədələrdən ölüb. Döyülənlərdən İqor Karpovu xilas etmək üçün həkimlər iki gün çalışıblar. Onun dediyinə görə onları döyənlər 7 nəfər olub. Qoşa adlı bir rusun qolu sınıb, beynində gematoma olmasına şübhə var.
Hadisəni törətməkdə şübhəli bilinən 3 erməni tutulub, biri barəsində axtarış elan edilib.
Bu hadisə yerli rusları ayağa qaldırıb və ermənilərin Arzamasdan didərgin düşmələrinə səbəb olub.
Əli
AzNews.az