Ukrayna danışıqlara Rusiyasız qatılacaq


Ukraynanın Avropa İttifaqı ilə sazişin imzalamasını təxirə salması barədə qərarı dəyişə bilər.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avropadan bu barədə gələn xəbərlər çox optimist olmağa əsas verir.

Avropa İttifaqının nümayəndəsi Ştefan Fyule ilə Ukrayna rəsmilərinin apardığı danışıqlardan sonra tərəflərin danışıqları Rusiyasız davam etdirməsi qərara alınıb.

"Proses də sürətlənəcək. Aİ-nın rəsmi şəxsləri belə hesab edir ki, saziş 2014-cü il sammitində imzalana bilər" deyə Brüsseldəki mənbə "РИА "Новости"yə bildirib.

Elnarə
AzNews.az