- Köhnə - Region
- 15 Dekabr 2013 20:38
- 1 955
İranda bir nəfər edam edildi
APA-nın məlumatına görə, məhbus narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə dara çəkilib. Onun şəxsiyyəti açıqlanmayıb.
Məlumata görə, 44 yaşlı məhbus 85 kiloqram 300 qram heroin, 17 kiloqram tiryəklə tutulub və edam cəzasına məhkum edilib. Məhbusa 8 il həbs cəzası və 150 milyon pul cəriməsi də kəsilib.
Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra məhbus dekabrın 14-də səhər saatlarında Rəşt mərkəzi həbsxanasında asılıb.
AzNews.az