Rusiya rublunun dizaynı dəyişdirilir - VIDEO

Rusiyanın milli valyutası olan rublun dizaynı dəyişdirilir. Artıq bu istiqamətdə müəyyən işlər də görülərək eskizlər də hazırlanıb.

Rusiyanın Mərkəzi Bankının fikrincə isə rublun üzərində xristian simvollardan istifadə onun möhkəmliyinin rəmzidir. Bundan başqa bir sra ölkələrin pul əskinazlarında o cümlədən Amerika dollarında dini rəmzlərdən istifadə edilir.

Rusiyanın milli valyutası olan rublun yeni simvolunun seçilməsi ölkədə bir mənalı qarşılanmayıb. Yeni simvolun milli valyutanın etibarını ve gücünü göstərdiyini iddia edənlərlə yanaşı bu işarənin xalqın dini inanclarına tərs düşdüyünə inananlar da az deyil.

Yeni simvolun son bir ayda internetdə keçirilən sorğu nəticəsində seçilməsinə baxmayaraq vətəndaşların əksəriyyəti bu işarənin çox da düzgün bir seçim olmadığını düşünür. Pulun yeni dizaynının Xristianliq inancına hörmətsizlik olduğunu deyən vətəndaşlar Mərkəzi Bank tərəfindən alınan bu qərarın bir daha gözdən keçirilməsini tələb edirlər.

Dizaynerlərin isə yeni simvolda bəyənmədikləri kiril əlifbasıyla yazılmış "r" hərfidir.

Rusiya Oortodoks kilsəsinin də bu məsələni yaxınlarda keçiriləcək yüksək şura toplantısında müzakirı etməsi gözlənilir.






AzNews.az