Hakan Şükür AKP-dən istefa verdi

Türkiyənin məşhur sabiq futbolçusu, millət vəkili Hakan Şükür üzvü olduğu AKP-dən istefa verdiyini açıqlayıb.

Türkiyə mediasının yaydığı xəbərə görə, H.Şükürün bu qərarına səbəb son vaxtlar Ərdoğan hökumətinin yeritdiyi siyasətdir. Belə ki, Gülən camaatına yaxınlığı ilə seçilən Şükür hakimiyyətin hazırlıq kurslarına qarşı tutduğu mövqedən narazı qaldığını, bunun gerçək səbəbinin ona aydın olmadığını bildirib.

Hakan Şükür deyib ki, AKP son 11 ildə Türkiyə üçün böyük işlər görüb, ancaq o, Türkiyənin təhsil sistemində çox ciddi problemlərin həll olunmadan durduğu halda hazırlıq kurslarının bağlanmasının yersiz olduğunu qeyd edib.

O, bundan sonra siyasi fəaliyyətini müstəqil millət vəkili kimi davam etdirəcəyini də deyib.(Musavat. com)