- Köhnə - Region
- 18 Dekabr 2013 22:56
- 3 182
İbrahim Nəbioğlu: “Bütün bu işlərin altında çox ciddi bir təhlükə var” - VIDEO
"Dünəndən bu günə Türkiyə son dövrün ən çılğın bir gününü yaşayır. Çünki görünməmiş bir hadisədir. 52 nəfər və bu 52 nəfərin içində sadəcə 3 nazirin oğlu və hətta bir nazirin də adı var ki, bir az əvvəl hökumət sözçüsü, baş nazirin müavini söylədi ki, 4 nazirin adı bu işin içindən keçir. Amma burda müxtəlif iddialar var. Lakin bu iddialara Bülent Arınç belə bir açıqlıq gətirdi ki, bu istintaqın 3 ayağı var. Həm pulların İrana keçirilməsi, həm inşaat sektorunda torpaq savaşları və bələdiyyə ilə müxtəlif iş adamları arasında müxtəlif sövdələşmələr, rüşvət, rüşvət kasetlərinin əldə olunması, müxtəlif şantajlar. İlkin bunu demək olarki bütün bu işlərin altında çox ciddi bir təhlükə var",- deyə İbrahim Nəbioğlu vurğulayıb.
AzNews.az