- Köhnə - Region
- 29 Dekabr 2013 20:23
- 2 742
Gülənin dövlət içində dövlət yaratmasıyla bağlı şok faktlar
"Axar.az"ın "Akit"qəzetinə istinadən verdiyi məlumata görə, gülənçilər qəbul imtahanlarının suallarını ələ keçirməklə istədikləri kadrları müxtəlif yerlərə yerləşdirməyi bacarıblar. "Akit" qəzetinə informasiya verən Mustafa Bozqurd adlı şəxs gülənçilərin hesabına universiteti qazandığını söyləyib. O, qəbul imtahanı zamanı veriləcək 75 sualın öncədən onunla birgə təhsil alan qrupa verildiyini söyləyib: "Mən ağabəylərimin (abilərimin) sayəsində polis oldum. O zaman imtahandan öncə bizə 75 sual verdilər. Bunları əzbərləməyimizi tapşırdılar. İmtahan günü isə əzbərlədiyimiz suallarla qarşılaşdıq. Sonradan vicdanım yol vermədiyimdən universitetdən uzaqlaşdım". M.Bozqurd universitetdən uzaqlaşmasına digər səbəb kimi daltonik olmasını da göstərib: "Əslində mən daltonikəm. Sonradan bunu biləcəkdilər. Amma ağabəylərim bundan narahat olmamağı və hər şeyi həll edəcəklərini söylədilər. Onlara qulaq asmadım və oradan ayrıldım". O, qruplarından onunla birgə universitetə daxil olan 17 tələbədən 14-nün hazırda İstanbul Baş Polis İdarəsində vəzifədə çalışdıqlarını söyləyib. M.Bozqurd həmçinin gülənçilərin bu şəxslər üçün istənilən imkanı yaratdıqlarını da qeyd edib.
AzNews.az