- Köhnə - Region
- 29 Dekabr 2013 20:28
- 2 021
Avtobus aşdı -3 ölü, 13 yaralı

Dünən səhər saatlarında fəhlələri aparan mikroavtobusun gölə diyirlənməsi nəticəsində baş verən qəzada 8 adam ölüb, 5 adam yaralanmışdı.
Qorxunc qəzadan sonra axşam saatlarında Antalya 6 bal gücündə zəlzələ ilə silkələnib. Yaşananlar bununla da bitməyib.
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında Antalyadan bir faciə xəbəri də gəlib. Antalya-Burdur yolunda Döşəməaltı mahalında bir firmadan işdən çıxan fəhlələri aparan Faruk Ağoğlu adlı sürücünün 07 DDZ 39 nömrəli servis midi-avtobusunu aşırması nəticəsində baş verib. Fəhlələri aparan midi-avtobus sürücünün sükana nəzarətini itirməsi nəticəsində su kanalına düşüb. Qəzada 3 adam ölüb 13 adam yaralanıb.
AzNews.az