Putin BOK 126 - cı sessiyasını açıb


AzNews.az RİA Novosti - yə istinadən xəbər verir ki, Pusiyanın prezidenti Vladimir Putin Beynəlxalq Olimpiya Komitəsinin sessiyasını açıq elan edib.

BOK 126 - cı sessiyası Soçidə keçirilir. Tədbir 7 fevrala - qış Olimpiadasının açılışına qədər davam edəcək.
Putin Beynəlxalq Olimpiya komitəsinə "Heç bir çətinlikdən çəkinməyən Rusiyanın gücünə və rus xarakterinə arxalandıqlarına görə" təşəkkürünü bildirib.
Bildirilir ki, Vladimir Putin çıxışının sonunu iştirakçılara ingilis dilində müraciət etməklə bitirib və sessiyanı açıq elan edib.

Azər
AzNews.az