- Köhnə - Region
- 4 Fevral 2014 21:53
- 3 122
“Rusiyanın Ermənistanı müdafiə etmək fikri yoxdur“

Bu barədə Ermənistanda dərc olunan "168 jam" qəzetinin müxbirinə Moskvadakı "Novosti" informasiya agentliyinin analitiki Vadim Dubnov bildirib. "Ermənistanı heç kim təhdid etmir, əgər bir şey olsa belə, Rusiyanın Ermənistanı müdafiə etmək fikri yoxdur",- deyə analitik vurğulayıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bilərəkdən bu blefə əl atıb, çünki Gömrük İttifaqına daxil olmaq istəyi yalnız və yalnız onların maddi marağından qaynaqlanır.(Axar.az)