- Köhnə - Region
- 20 Fevral 2014 13:26
- 8 275
Kiyevdə etirazçıları snayperlər güllələyir- FOTOLAR
Yerli mətbuatın verdiyi məlumata görə, qarşıdurmalarda həlak olanların sayı 29 nəfərə çatıb.
Bundan əvvəl isə ixtişaşlarda 28 nəfərin həlak olduğu xəbər verilmişdi.
Ukrayna televiziyası isə Kiyevin mərkəzindəki toqquşmalarda daha 7 nəfərin öldüyünü bildirir.
Yerli mətbuatda qeyd olunur ki, Kiyevdəki qarşıdurmalardan sonra 445 nəfər tibb işçilərinə müraciət edib, onlardan 287-si xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Maydanda xüsusi snayperlər qarşılarına çıxan etirazçıları başından, yaxud boyun hissələrindən güllələyirlər.
AzNews.az