Ukraynada polislər güllələndi - Ali Radaya hücum

Ukraynada hakimiyyət əleyhdarları milisə atəş açıb.

AzNews.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Ukrayna Daxili Qoşunlarının mətbuat xidmətindən bildirilib ki, paytaxt Kiyevin "İnstitutskiy" küçəsində kütləvi qarışıqlıq zamanı milis orqanının əməkdaşlarına atəş açılıb.

Müxalifətçilərə edilən xəbərdarlığa baxmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarının postlarına tərəf atəş halları dayandırılmır.

Müəyyən fasilələrlə müxalifətçilərin barikadalarından hökumət qüvvələrinə qarşı odlu silahlardan istifadə edilir. DİN-dən isə bildirilib ki, müxalifət bu hərəkəti ilə "İnstitutskiy" küçəsindəki milis postunu yararaq, Ukraynanın Ali Radasına istiqamətlənmək istəyir.



Məhəmməd
AzNews.az