“Krımda döyüş əmri verilib” - Nazir

"Soyuqqanlı olmaq və düzgün qərar vermək zamanı çatdı”




Ukrayna daxili işlər naziri Krım Muxtar Respublikasının parlament və hökumət binalarının zəbt edilməsi və oraya Rusiyanın dövlət bayrağının sancılması ilə bağlı açıqlama verib.


AzNews.az-ın məlumatına görə, daxili işlər naziri Arsen Avakov öz "Facebook" səhifəsində bildirib ki, səhər saatlarında avtomat və pulemyotlarla silahlanmış naməlum şəxslərdən ibarət dəstə Simferapolda Krım Muxtar Respublikasının Ali Radasının və Nazirlər Kabinetinin binalarını zəbt edib:

"Dərhal Daxili Qoşunların bölgədəki hissələri və milis bölmələri həyəcan siqnalı ilə döyüş əmri verilib. Təxribatçılar fəaliyyətdədirlər. Soyuqqanlı olmaq və düzgün qərar vermək zamanı çatdı".

A.Avakov əlavə edib ki, vətəndaşlar arasında qanlı qarşıdurmaların baş verməməsi üçün Krımda yüksək tədbirlər həyata keçirilir və vətəndaşların adıçəkilən dövlət idarələrinə yaxınlaşmasına imkan verilmir. "Ərazi mühasirəyə alınıb. Əsas məqsədimiz Simferapolda – şəhərin mərkəzində ekstremist qüvvələrin fəaliyyətinin genişləndirməsinə, silahlı qarşıdurmanın baş verməsinə mane olmaq və buna imkan yaratamamaqdır".

Məhəmməd
AzNews.az