- Köhnə - Region
- 4 Mart 2014 09:03
- 5 743
ABŞ Rusiya ilə ticarət və hərbi əməkdaşlığı dayandırdı- Gərginlik

AzNews.az-ın məlumatına görə, Rusiyanın Ukraynaya qarşı ərazi iddiası və Krımda baş verənlərlə bağlı ABŞ rəsmi Moskva ilə ticarət və investisiya, o cümlədən hərbi əməkdaşlığı dayandırmaq qərarına gəlib.
ABŞ Ticarət İdarəsinin Rusiyadakı Nümayəndəliyinin rəsmi açıqlamasında bildirilib ki, ABŞ hökuməti bununla bağlı qərarını qətiləşdirib.
Pentaqonun mətbuat xidmətinin rəhbəri kontr-admiral Jon Kirbi də ABŞ-ın Rusiya ilə əməkdaşlığının dayandırması ilə bağlı xəbərini təsdiqləyib.
Məhəmməd
AzNews.az