Azərbaycanlı 50 milyon verib azadlığa çıxdı

Güney azərbaycanlı fəal Kərim Fəyyazi 15 gün ruhi və fiziki işgəncələr altında saxlanıldıqdan sonra girov qarşılığında azadlığa çıxıb.

"Axar.az" xəbər verir ki, güneyli fəal 50 milyon tümənlik mülk qarşılığında Marağa zindanından müvəqqəti olaraq sərbəst buraxılıb.

Yaxınları onun bədənində işgəncə izləri olduğu barədə məlumat veriblər.

Xatırladaq ki, Kərim Fəyyazi Dünya Ana Dili Günü ərəfəsində, fevralın 20-də Səccad Əfruzanla birlikdə Məlikan şəhərində tutulub və 2 gün polis idarəsinin təcridxanasında saxlanıldıqdan sonra Marağa zindanına göndərilmişdi.


AzNews.az