Suriya Türkiyəyə məxsus TIR - i vurdu - 1 ölü, 1 yaralı

Türkiyəyə məxsus humanitar yardım daşıyan TIR Suriya hərbi təyyarələri tərəfindən vurulub.

"Axar.az" xəbər verir ki, Humanitar Yardım Vəqfinin Reyhanlıda yerləşən ofisindən Hələbə yola düşən TIR yük maşını un aparırmış.

Vəqfin Hələbdə yerləşən ofisindən verilən məlumata görə, TIR dünən axşam saatlarında Hələbdə vurulub.

Hücum nəticəsində 1 nəfər ölüb, 1-i isə ağır yaralanıb.

AzNews.az