Ukrayna hakimiyyətini nə parçaladı?- AÇIQLAMA

Ukraynanın yeni prezidenti Petr Poroşenko ilə baş nazir Arsen Yasenyuk arasında ölkənin cənub-şərq bölgəsində yaranan gərginliyin aradan qaldırılması ilə bağlı fikir ayrılığı yaranıb.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumatına görə, A. Yasenyuk P. Poroşenkonun Rusiya ilə danışıqların vasitəçilərsiz mümkün olmasına dair verdiyi açıqlamaya əks mövqe nümayiş etdirib. A. Yasenyuk deyib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar yalnız vasitəçilərin iştirakı ilə reallaşa bilər.

Baş nazir əlavə edib ki, indiki mərhələdə Rusiya ilə ikitərəfli danışıqların aparılması mümkün deyil.

Nazirlər Kabinetinin iclasında çıxış edən Arsen Yasenyuk bidirib ki, Rusiya ilə münaqişənin çözülməsinə dair hökümətin mövqeyi dəyişilməz qalır: "Avropa İttifaqı və ABŞ-ın iştirakı olmadan ikitərəfli danışıqların aparılmasını təsəvvür etmək mümkün deyil. Onlarla iki nəfərlik masa arxasında əyləşsən mütləq aldadacaqlar".

Aydan Axundova
AzNews.az