Ukraynalı girov Rusiyada dəlixanaya salınır

Rusiyalı əsgərlərin tutduğu ukraynalı pilot Nadejda Savçenko Sankt-Peterburqdakı psixiatrik xəstəxanalardan birinə aparılır.

Musavat.com Ukraynanın "1+1" telekanalına istinadən xəbər verir ki, bunu pilotun yaxınları deyiblər.

"Bizə dedilər ki, onu xəstəxanaya ruhi xəstə çıxarmaq üçün aparırlar", - telekanal Nadejda Savçenkonun yaxınlarından sitat gətirib.

Qeyd edək ki, ukraynalı pilot Voronejdəki istintaq təcridxanasından naməlum istiqamətdə aparılıb.

Rusiya hüquq-mühafizə orqanları Nadejda Savçenkonu Luqanskda rusiyalı jurnalistilərin qətlinə vasitəçilikdə ittiham edir.

AzNews.az