Abdulla Gülə məzar hazırladılar - Vəsiyyət

Türkiyənin keçmiş prezidenti Abdullah Gül üçün Kayseridə dövlət məzarlığı açılacaq.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayseri Böyükşehr Bələdiyyə Başkanı Özhaseki, Abdullah Gülün öldüyündə Kayseriyədə dəfn olunmaq istədiyini, bu məqsədlə dövlət məzarlığı açılacağını bildirib: "On birinci Cumhurbaşkanımız, Kayseriyə son gəlişlərində məzarının Kayseridə olmasını vəsiyyət edib. Gül cənabları ata yurdunu çox sevdiyini vurğuladı. Onun bu istəyini nəzərə alaraq Büyükşehir Bələdiyyə Məclisi qərar verib ki, Şəhər Məzarlığının girişindəki təziyə evinin arxasındakı boş sahədə dövlət məzarlığı açılsın".

Əli Mövlud
AzNews.az