- Köhnə - Region
- 29 Oktyabr 2014 10:35
- 5 826
Azərbaycanlı deputat Rusiyada həbs olundu
Rusiyanın Komi Respublikasının Dövlət Şurasının azərbaycanlı deputatı Akif Sayadov həbs olunub.
AzNews.az xəbər verir ki, həmyerlimiz A.Sayadov bir sıra iqtisadi cinayətlərdə və beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur.
Komi parlamentinin mətbuat xidməti məlumatı təsdiqləyərək bildirib ki, parlamentdə təmsil olunan deputatların toxunulmazlıq hüququ yoxdur və cinayəti təsdiq olunan istənilən deputata qarşı məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilə bilər.
Xəyal Əzizov
AzNews.az