- Köhnə - Region
- 15 Noyabr 2014 21:49
- 3 238
Deniz Sekinin vəkilindən ilk açıqlama
6 aydır ki, axtarışda olan və bu gün həbs edilən müğənni Deniz Seki İstanbul polis idarəsinə aparılıb.
AzNews.az xəbər verir ki, Deniz Sekinin vəkili Karakaya Twitter səhifəsində "Dəniz xanım sabah İstanbul Ədliyyəsinə gətiriləcək. Qərar oxunduqdan sonra Bakırköy Qadın həbsxanasına göndəriləcək. O, 2 il yarım həbsdə qalmalıdır" sözlərini yazıb.
Karakaya səhifəsinə daha sonra belə bir tvit əlavə edib: "Konstitusiya Məhkəməsi həbs qərarında pozuntu aşkar etsə, Deniz azad edilərək yenidən mühakimə olunacaq. Hazırda müraciətimiz araşdırılır".
AzNews.az