- Köhnə - Region
- 27 Noyabr 2014 21:54
- 2 978
Türkiyədə 9 PKK-lı təslim oldu
Şimali İraqdakı düşərgələrdən qaçan 8 PKK-lı əvvəl peşmərgə yaraqlılarına, sonra isə Şırnakın Silopi mahalı yaxınlığında olan Habur Sərhəd Məntəqəsinin komandirliyinə gələrək təhlükəsizlik güclərinə təslim olub.
AzNews.az xəbər verir ki, təslim olan 8 PKK-lı daha sonra Silopi Təhlükəsizlik İdarəsinə aparılıb.
Uludərə mahalının Gülyaz polis bölməsinə də bir PKK-lı gələrək təslim olduğunu deyib.
PKK-lıların polisdəki sorğulardan sonra ədliyyəyə aparıldığı deyilir.
Alınan məlumata görə 21.03.2013 - 27.11.2014 tarixləri arasında Şırnak rayonunda 459 PKK-lı könüllü olaraq silahı yerə qoyub.
AzNews.az