Türkiyədəki Krım-tatar cəmiyyəti və gəncləri Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə səfərinə etiraz olaraq aksiya keçiriblər. Türkiyədəki Krım-tatar cəmiyyəti və gəncləri Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə səfərinə etiraz olaraq aksiya keçiriblər.

Putinin Türkiyə səfəri etirazla qarşılandı: “Krımdan rədd ol!”

Türkiyədəki Krım-tatar cəmiyyəti və gəncləri Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə səfərinə etiraz olaraq aksiya keçiriblər.

T Musavat.com-un xəbərinə görə, bu məqsədlə Ankaranın baş meydanına 300 nəfərə yaxın etirazçı toplaşıb.

Nümayişçilər Kreml başçısından Krım-tatar xalqına təzyiqləri dayandırmağı tələb ediblər. Bir çoxları isə əllərində yarımadanın ilhaqı zamanı itkin düşən Krım tatarlarının portretlərini tutublar. Etitazçılar "Putin, Krımdan rədd ol!" şüarları qışqırıblar.

Az öncə Krım Tatar Məclisindən bildirilmişdi ki, Putinlə görüşdə Ərdoğan bu xalqın problemini də qaldıracaq və Krım tatarlarının liderləri Mustafa Cəmiloğlu və Rüfət Çubarovun yarımadaya daxil olmasına qoyulan qadağanın götürülməsinə çalışacaq.