Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Kəlbəcərdə əsir götürülən Dilqəm Əhmədov və Şahbaz Quliyevlə görüşləri davam etdirəcək. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Kəlbəcərdə əsir götürülən Dilqəm Əhmədov və Şahbaz Quliyevlə görüşləri davam etdirəcək.

BQXK azərbaycanlı girovlarla yenə görüşəcək

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Kəlbəcərdə əsir götürülən Dilqəm Əhmədov və Şahbaz Quliyevlə görüşləri davam etdirəcək.



Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynovanın AzNews.az-a deyib ki, azərbaycanlı girovlara sonuncu dəfə noyabr ayının 5-də baş çəkilib.

Onun sözlərinə görə, BQXK mandatına uyğun olaraq onları ailələri ilə əlaqə saxlamağı təmin edib:

"Beynəlxalq Qızıl Xaç Komitəsinin məktubları açıq məktublardır və ancaq ailə məlumatları olur. Ailəyə aid olan bütün məktublar girovların ailəsinə çatıb. Komitə həmin girovlarla görüşləri davam etdirəcək. Amma bu barədə qabaqcadan məlumat verilmir. Görüş bitdikdən sonra mətbuata açıqlama verilir", - deyə İlahə Hüseynova bildirib.


Gültəkin ƏLƏSGƏR
AzNews.az