“Möcüzələr diyarına səyahət” - VİDEO

Moskvada Yeni ilə son hazırlıqlar görülür. Qarşıdan gələn bayram günlərində Moskva sakinlərini və turistləri “Möcüzələr diyarına səyahət” adlı tur gözləyir.



Kreml yaxınlığındakı Manej meydanında qurulan Yeni il dekorasiyaları artıq işıqlandırılıb. Meydanda işıqlandırılan yeni il küknarı və attraksionlar uşaqların da, böyüklərin də marağına səbəb olub.

Puşkin meydanında isə qış fəslinin vazkeçilməz hissəsi olan "Şelkunçik" tamaşası səhnələşdirilib. "Çar sultan nağılı"nda haqqında bəhs edilən bütün dəniz canlıları buz parçalarının içinə qoyularaq, buz labirintində canlandırılıb.

Bunun üçün ancaq diri olan dəniz canlılarından istifadə edilib. Beləliklə, Yeni il ərəfəsində və bayram günlərində Moskva sakinlərini və şəhərin qonaqlarını əsl möcüzələr aləminə səyahət gözləyir.