Bütün faktları və gerçəkliyi təhrif etdi Bütün faktları və gerçəkliyi təhrif etdi

Erməni XİN rəhbəri BMT-də “həyasız” çıxış etdi

Bütün faktları və gerçəkliyi təhrif etdi



Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan BMT Baş Assableyasının 67-ci sessiyasında çıxış edib. Çıxışının ilk hissəsini BMT-nin fəaliyyətinə və Ermənistanın bu istiqamətdə apardığı işlərə həsr edən Erməni XİN rəhbəri daha sonra Dağlıq Qarabağ məsələsinə toxunub.

AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, Nalbandyan Dağlıq Qarabağ münaqişəsi və Ermənistan – Azərbaycan münasibətləri barədə bütün gerçəklikləri təhrif edib. Azərbaycanı ermənifobiyada ittiham edən Nalbandyan müharibə ritorikasından narahatlığını ifadə edib. Bundan əlavə o, Azərbaycanı beynəlxalq hüquq normalarına riayət etməməkdə suçlayıb və Səfərovun ekstradisiyasını bariz nümunə kimi göstərib. O, həmçinin münaqişənin sülh yolu ilə həll olunması ilə bağlı mövqeyini bir daha təkrarlasa da, Ermənistanın imitasiya danışıqları apardığını bilərəkdən unudub. O, həyasızcasına Ermənistanla beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı eyni mövqe sərgilədiyini belə deməkdən çəkinməyib.

Ermənistan XİN rəhbərinin faktları təkzib edən və Azərbaycana qarşı hücum xətti tutan çıxışı bir daha sübut edir ki, bu ölkə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil və beynəlxalq aləmi aldatmaqla məşğuldur.

Sadiq Musa
AzNews.az