Onlar “biz Azərbaycanın qara siyahısına düşməkdən qorxmuruq” dedilər Onlar “biz Azərbaycanın qara siyahısına düşməkdən qorxmuruq” dedilər

İsveçrəli parlamentarilər qondarma Respublikanı ziyarət etdi

Onlar “biz Azərbaycanın qara siyahısına düşməkdən qorxmuruq” dedilər


Qondarma Dağlıq Qarabağ Respublikasına səfər edən İsveçrəli parlamentarilər Ermənistan mətbuatına açıqlama verib.

AzNews.az-ın newsarmenia.ru saytına istinadən verdiyi xəbərə görə, İsveçrəli millət vəkilləri Azərbaycanın "qara siyahısına" düşməkdən qorxmadıqlarını dilə gətiriblər. İsveçrə Xristian-Demokratlar partiyasının sədr müavini Dominik de Byuman deyib: "Biz öz səlahiyyətlərimiz çərçivəsində fəaliyyət göstəririk.

Bizim dünyanın istənilən ölkəsinə səfər etmək hüququmuz var və biz milli qanunvericiliyin çərçivəsindən kənara çıxmırıq". İsveçrəli deputat həmçinin qeyd edib ki, hər bir xalqın öz müqəddəratını həll etmək hüququ var və buna hörmətlə yanaşılmalıdır.

Qeyd edək ki, səfər çərçivəsində İsveçrəli parlamentarilər qondarma Respublikanın prezidenti Bako Saakyan və digərləri ilə görüşüb.

Sadiq Musa
AzNews.az