İvanişvili köhnə komanda ilə vidalaşır - SİYAHI

O, bu gün öz komandasının tərkibini açıqlayacaq



Bu gün "Gürcü arzusu" koalisiyasının lideri Bidzin İvanişvili öz komandasının tərkibini açıqlayacaq. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, İvanişvili özü Baş nazir postunu tutacaq. Köhnə kabinetdən isə yeni lider heç kimi saxlamaq fikrində deyil.

Verilən məlumata görə, yeni kabinet parlamentin təsdiqinə 20-21 oktyabrda veriləcək. Bu vaxta qədər isə, köhnə nazir heyəti öz səlahiyyətlərini icra edəcək. Saakaşvili də yeni hökumətin fəaliyyətinə mane olmaq niyyətində görünmür.

Yeni hökumətdə vəzifə alacaq şəxslərin təxmini sırası belədir.

Müdafiə naziri-İrakli Alasaniya
Daxili İşlər naziri- İrakliQaribaşvili
Ədliyyə naziri-Teya Çulukiani
Xarici İşlər naziri-Tedo Caparidce
Energetika naziri-Soso Çiskarişvili
Reinteqrasiya naziri-Mamuka Areşidce
İqtisadiyyat Nodar Xaduri
Təhsil naziri-Maya Miminoşvilidir


Qeyd edək ki, adları sadalanalar yeni kabinetdə nazir postu tutma ehtimalı ən yüksək olan şəxslərdir.

Sadiq Musa
AzNews.az