Saakaşvilini kim əvəzləyəcək? Saakaşvilini kim əvəzləyəcək?

İvanişvili namizədini açıqladı - Vaxtanq Xmaladze

Saakaşvilini kim əvəzləyəcək?



Şəkildə gördüyünüz bu şəxs Gürcüstanın yeni prezidenti ola bilər. Ölkədə dövlət başçısının müəyyənləşdirilmsi ilə bağlı siyasi marafonun təşkilinə hələ çox vaxt qalsa da, parlament seçkisində qələbə qazanmış "Gürcü arzusu" blokunun lideri Bidzina İvanişvili öz namizədinin adını çəkib. Bu, Gürcüstan konstitusiyasının müəlliflərindən biri, bir vaxtlar ictimai konstitusiya komissiyasının üzvü olmuş Vaxtanq Xmaladzedir.

Gürcü mediasının verdiyi məlumata görə, B.İvanişvili hələlik prezident seçkisi ilə bağlı danışmağın tez olduğunu vurğulasa da, jurnalistlərin bu posta namizədin İrakli Alasaniya olmasına dair fikirlərinə aydınlıq gətirib və Alasaniyanın deyil, konstitusiyaçı Xmaladzenin adını çəkib.

Qeyd edək ki, V.Xmaladze hələlik yeni parlamentin hüquqi məsələlər üzrə komitəsinə sədrlik edəcək.

Əli
AzNews.az