Maya Pandjikidce: "Bu barədə heç bir KİV- ə məlumat verilməyib" Maya Pandjikidce: "Bu barədə heç bir KİV- ə məlumat verilməyib"

İvanişvilinin Bakı səfəri təsdiqlənmədi

Maya Pandjikidce: "Bu barədə heç bir KİV- ə məlumat verilməyib"



"Gürcü arzusu" koalisiyasının lideri, Baş nazir postuna namizəd Bidzin İvanişvilinin ABŞ-dan sonra Bakıya gələcəyi ilə bağlı xəbər təsdiqlənməyib.

AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, Xarici İşlər naziri postuna namizəd jurnalistlərə bildirib ki, İvanişvilinin Bakıya səfər edəcəyi hələ ki, dəqiqləşməyib. O, həmçinin əlavə edib ki, onlar bu barədə heç bir kütləvi informasiya vasitəsinə məlumat verməyiblər.

Qeyd edək ki, İvanişvilinin ABŞ-dan sonra Azərbaycana səfər edəcəyi ilə bağlı məlumat Gürcüstanın ölkəmizdəki səfirliyinə istinadən yayılmışdı.

Sadiq Musa
AzNews.az