- Köhnə - Region
- 27 Aprel 2015 20:00
- 3 088
Bakıda ikiotaqlı mənzildə yanğın oldu
Bakı şəhərində ikiotaqlı mənzildə yanğın olub.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan ikiotaqlı mənzilin eyvanında məişət qaz balonunun başlıq hissəsi yanıb.
Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.