Ermənilərin Qarabağda vuruşması qanunsuzdur - Aksiya

Dağlıq Qarabağda ölən əsgərlərin valideynləri prezident Serj Sarkisyanın iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "epress.am" saytı yayıb.
Məlumata görə, valideynlər övladlarının ölümü ilə bağlı araşdırma aparılmasını təkid ediblər.

Onların fikrincə, əsgərlərin ölümü haqda başladılan istintaq işi müstəntiqlər tərəfindən bağlanıb: "Bu işə məsul olan şəxslər də bizi dinləmək istəmirlər".

2001-ci ildə ölən əsgər Araik Avetisyanın anası Anait Mkrtçyan aksiyada bildirib ki, övladlarının ölümü ilə bağlı ölkə prezidenti Serj Sarkisyan cavadehlik daşıyır.

Övladını 2013-cü ildə itirən Ovsep Muradyan isə deyib ki, Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda xidmət aparması qanunsuzdur.
image description image description image description