- Köhnə - Region
- 6 İyun 2015 13:27
- 4 678
Ermənistanda 7 nəfər diri-diri yandı - VİDEO
Ermənistanda yanğınla nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib və avtomobildə olan 7 nəfər diri-diri yanıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.
Məlumata görə, hadisə ötən gecə Lori vilayətində, Taşir-Stepanavan avtomobil yolunda baş verib.
Məlum olmayan səbəblərdən "Volkswagen Touareg" markalı minik avtomobili yoldan kənara çııxb və daşla toqquşub. Nəticədə yanğın başlayıb və avtomobildə olan 7 nəfər yanıb.