- Köhnə - Region
- 11 İyun 2015 13:20
- 3 233
Qarabağda erməni hərbçisi özünü güllələdi
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağda erməni hərbçisi ölüb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.
Məlumata görə, 20 yaşlı Edqar Melkonyan cəhbə xəttində ölüb.
Hadisə ötən gecə saat 1.30-da qeydə alınıb.
2 ildir ki, hərbi xidmət keçən Melkonyan bir neçə gündən sonra evə buraxılacaqdı.
İlkin versiyaya görə, o, özünü güllələyib.