- Köhnə - Region
- 14 İyun 2015 12:05
- 9 102
Tiflisdə dəhşət -10 ölü; Heyvanlar zooparkdan qaçdı - VİDEO+FOTO
Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanda güclü qasırğa küləyi daşqına səbəb olub.
AzNews.az xəbər verir ki, Tiflisin küçələri tamamilə su altında qalıb. Hadisədə 10 nəfər ölüb, 20-dək şəxs yaralanıb, 10 nəfərin isə itkin düşdüyü deyilir.Daşqının Tiflis zooparkını tamamilə dağıtdığı bildirilir. Vəhşi heyvanlar zooparkdan qaçaraq şəhərin mərkəzinə doğru qaçıblar. Onların tutulması üçün xüsusi təyinatlılar cəlb olunub.
Tiflis yollarında hərəkət məhdudlaşdırılıb.
Qeyd edək ki, artıq Gürcüstan baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən son təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xəsarət alanlara kömək məqsədi ilə fövqəladə qərargah yaradılıb.