- Köhnə - Region
- 16 İyun 2015 11:02
- 3 286
İstanbulda polis sayt ofisində axtarış apardı - VİDEO
İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları səhər saatlarında bir çox ünvana daxil olaraq əməliyyat keçiriblər.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.
Məlumata görə, əməliyyat İstanbulun Başakşehir bölgəsində aparılıb. İsmət İnönü prospektində yerləşən bir saytın ofisində axtarış həyata keçirilib.
Gaziosmanpaşada isə polislər 10354 nömrəli küçədə yerləşən bir mənzilə daxil olaraq axtarış aparıblar.
Axtarışların hansı səbəbdən aparıldığı açıqlanmır.