İrəvanda aksiya davam edir - Canlı yayım

Ermənistan polisi İrəvanda elektrik enerjisinin bahalaşmasına qarşı aksiyanı qanunsuz elan edib.


Musavat.com xəbər verir ki, polis aksiyanın dağıdılacağını bildirib, fiziki güc və xüsusi vasitələrdən istifadə ediləcəyi barədə xəbərdarlıq edib.

Polis jurmalsitlərdən aksiyanın keçirildiyi Baqramyan küçəsini tərk etməyə çağırıb. Vəziyyət gərgindir. Xeyli sayda polis əməkdaşı və mülki geyimli əraziyə gətirilib.

Ermənistan prezidenti Serj Sarkisyan aksiya iştirakçılarının 3-4 nümayəndəsini qəbul etməyə hazır olduğunu bildirib. Lakin fəallar prezidentin tələbini rədd ediblər.