Müxalif deputatlar parlamenti tərk etdilər – İrəvanda

Ermənistan parlamentində fəaliyyət göstərən Erməni Milli Konqresi fraksiyasının 4 üzvü – fraksiyanın katibi Aram Manukyan, deputatlardan Stepan Demirçyan, Qaqik Canqiryan və Lyudmila Sarkisyan bu gün keçirilən iclası tərk ediblər.


AzNews.az xəbər verir ki, onlar bu addımı erməni polisinin İrəvanda keçirilən aksiya iştirakçılarını saxladığına etiraz əlaməti olaraq atıblar.

Qeyd edək ki, bu gün səhər tezdən İrəvanın mərkəzində polis əməkdaşları "Talana yox!" şüarı ilə oturaq aksiyası keçirən sakinləri Baqramyan prospektindən zor gücülə çıxardıblar.

Nəticədə 237 nəfər tutulub, 18 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.